Azedu.az

MÜTDA övladı avtomatik I sinifə keçən valideynlərə müraciət edib

Məktəblər

1 May 2025, 16:16
MÜTDA övladı avtomatik I sinifə keçən valideynlərə müraciət edib

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Hansı valideyn avtomatik təyin edilmiş məktəb və müəllim seçimi ilə razılaşmasa, bu gündən etibarən sorğusunu ləğv edə bilər.

AzEdu.az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

"Sorğunu dəyişmək istəyən valideynlər 6 may 15:00-dan etibarən digər məktəbi və müəllimi seçə bilərlər", - o qeyd edib.

OK VİDEO! Rusiya Ukraynada bunu da etdi - Növbəti BİABIRÇILIQ!
Son xəbərlərDaha çox