Azedu.az

Naxçıvan məktəblərinə TƏYİNATLAR

Məktəblər

1 May 2025, 15:08
Naxçıvan məktəblərinə TƏYİNATLAR

Naxçıvanda  təhsil müəssisələrinə müdir və direktor təyinatı olub .

Bu barədə nazirlikdən AzEdu.az-a xəbər verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Nazirliyi ilə birgə  ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq  keçirilən Nazirliyin əhatə etdiyi şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor və məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifələrinə işə qəbul üzrə müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər yeni vəzifələrə  təyin  olunublar. 
Belə ki, Seymur Qurban oğlu Xudanov Naxçıvan şəhər 5,  Fərqanə Qərib qızı Əliyeva Naxçıvan şəhər 11 nömrəli tam orta məktəblərə, Musa Sahib oğlu Ağayev isə Babək Rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunublar. 
Həmçinin, Güllü Səyahət qızı Qələndərova Naxçıvan Şəhər 4,  Ləman Ramazan qızı Əsgərli Naxçıvan şəhər 5, Esmira Fuad qızı Məmmədova isə Naxçıvan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasına  müdir vəzifəsinə təyin olunublar.

OK VİDEO! Rusiya Ukraynada bunu da etdi - Növbəti BİABIRÇILIQ!
Son xəbərlərDaha çox