Bəzi təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub.
Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.
Agentlikdən bildirilib ki, ləğv olunan təhsil müəsissələri “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.Digər 6 məktəb üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.