Azedu.az

Məktəblərdə 5 günlük tətil BAŞLADI

Məktəblər

1 May 2025, 08:39
Məktəblərdə 5 günlük tətil BAŞLADI

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox