Azedu.az

I sinfə qəbul: Qeydiyyatda olduğu ünvan fərqli olan valideynlərin müraciət QAYDASI

Məktəblər

Məktəbə qəbul

29 Aprel 2025, 12:35
I sinfə qəbul: Qeydiyyatda olduğu ünvan fərqli olan valideynlərin müraciət QAYDASI

Mayın 1-dən sentyabrın 12-dək I sinfə şagird qəbulu aparılacaq. Məlumdur ki, bu proses zamanı qeydiyyat ünvanı, yaxud faktiki yaşayış yeri barədə məlumatlar da xüsusi rol oynayır.

 

Əgər, valideyn qeydiyyatda olduğu ünvanda deyil, başqa ərazidə kirayədə yaşayırsa, bu zaman övladının I sinfə qəbulunda məktəbə necə sorğu göndərə bilər?

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Azər Teymurlu AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyil (valideynlərdən biri və ya övladının qeydiyyatda olması kifayət edir) və kirayədə yaşayırsa, 1 il öncəyə aid kirayə müqaviləsinin olması halında sorğu təsdiq edilir:

 

“Bu zaman valideyn kirayə müqaviləsini şəxsi kabinetin əlaqə bölməsinə yükləməlidir. Əgər valideyn sorğu vermək istədiyi məktəbin ərazisində həm qeydiyyatda deyil, həm də kirayə müqaviləsi yoxdursa, Azərbaycan bölməsi üzrə 5 iyun saat 11:00-dan, Rus bölməsi üzrə 17 iyul saat 11:00-dan sonra boş qalan yerlərə sərbəst formada sorğu yerləşdirə bilər”.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox