Azedu.az

Bu məktəblərdə kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq

Məktəblər

26 Aprel 2025, 13:29
Bu məktəblərdə kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq

Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi həm ibtidai, həm də baza səviyyəsində şagirdlər üçün məcburi olacaq.

AzEdu.az AZƏRTAC a istinadənxəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze məlumat verib.

Onun sözlərinə görə, bu qərar 2025-ci ilin sentyabrında qüvvəyə minəcək.

Nazir deyib ki, kompüter texnologiyası 10-cu sinfə qədər şagirdlər üçün icbari fənn olacaq. Son iki ildə - 11 və 12-ci siniflərdə fənnin dərindən öyrənilməsi seçmə xarakter daşıyacaq. Məktəblər bunun üçün lazım olan bütün kompüter avadanlığı ilə mərhələli şəkildə təmin olunacaq.

Nazir əlavə edib ki, bu tədris ilində Gürcüstanda 100-ə qədər məktəb təmir edilərək tikilib və lazımi infrastrukturla təmin olunub. Gələn il də nazirlik məktəblərin yenilənməsini eyni yüksək templə davam etdirəcək.

2025-ci ilin sonuna kimi daha 50 məktəb tikiləcək və əsaslı təmir ediləcək.

Qeyd edək ki, Gürcüstanda məktəb təhsili 12 il davam edir və ibtidai, əsas və orta təhsilə bölünür. İbtidai təhsil 1-6-cı sinifləri, əsas təhsil 7-9-cu sinifləri, orta təhsil isə 10-12-ci sinifləri əhatə edir.

Moskvada DƏHŞƏTLİ OLAY- Rus general belə öldürüldü
Son xəbərlərDaha çox