Azedu.az

Bu tarixdən məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq

Məktəblər

24 Aprel 2025, 15:31
Bu tarixdən məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq

Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.

AzEdu.az xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.

O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.

"Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq", - sektor müdiri əlavə edib.

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox