Azedu.az

Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdir

Məktəblər

Müəllimlər və elm adamları

24 Aprel 2025, 14:52
Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdir

Dünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.

AzEdu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Korgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş.

Belə ki, V. Məlikova həyat yoldaşı Ramin Məlikovun idarə etdiyi “Lada Priora” markalı avtomobildə olarkən onların maşını Lökbatan-Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub.

Qəza zamanı “Hyundai”də olan sərnişinlərdən Hacıalı Adil oğlu Rüstəmov da hadisə yerində ölüb. Bildirilir ki, onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Fotoda Vəsfiyyə Məlikova

Fotoda Hacıalı Rüstəmov

TƏCİLİ! Ukraynadan Rusiyaya DAĞIDICI HÜCUM - Hava limanları bağlandı
Son xəbərlərDaha çox