Azedu.az

"Builki imtahan sualları ötən ilə nisbətən daha asan idi"

Məktəblər

Buraxılış İmtahanları

Tələbə və şagird

23 Aprel 2025, 16:38
"Builki imtahan sualları ötən ilə nisbətən daha asan idi"

Cari ilin buraxılış imtahanlarında 43 şagird maksimum bal topladı. Ötən il bu rəqəm 53 idi.

 

Bu nəticələrə əsasən, bu il blok imtahanları və ixtisas seçimində daha sərt rəqabət olacağını söyləyə bilərikmi?

 

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, müəyyən sayda abituriyentin imtahanlarda maksimum bal toplaması ümumi nəticəni formalaşdıra bilməz:

 

“33 mindən çox olan ötən ilin məzunları da buraxılış imtahanı verib və hələ nəticələri elan olunmayıb. Amma ümumilikdə bu rəqəmlər maksimum nəticəni formalaşdıra bilməz.

 

Cari ildə imtahan sualları keçən ilə nisbətən daha asan idi. Bu baxımdan müəyyən ixtisaslarda balların artması gözləniləndir. Eyni zamanda ixtisas seçimində balların enməsini də görəcəyik.

 

Əvvəlki illərdə I ixtisas qrupunda abituriyentlər RK (Riyaziyyat-Kimya) və Rİ (Riyaziyyat-İnformatika)nı eyni anda seçə bilirdilər. İndi isə bu şans yoxdur. Bu isə xeyli problemlər yaradacaq. Lakin blok imtahanını da ötən ilə nisbətən müəyyən qədər asan gözləmək olar”.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox