Gəncədə 2 şagird arasında mübahisə düşüb.
AzEdu.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinifində oxuyan 2 şagirdi arasında mübahisə düşüb, onlardan biri xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə olub.
"Bununla bağlı ekspertiza təyin olunub, məsələyə aparılan araşdırmadan sonra hüquqi qiymət veriləcək. "-deyə DİN rəsmisi qeyd edib.
Qeyd edək ki, mübahisə edənlər eyni sinifin şagirdləridir.
Xatırladaq ki, ötən gün Gəncə şəhərində yerləşən daha bir məktəbdə də şagirdlər arasında mübahisə düşüb, 1 nəfər xəsarət alıb.