Azedu.az

Lütfi Zadə olimpiadasının yarımfinal turuna başlanılır

Məktəblər

21 Aprel 2025, 16:13
Lütfi Zadə olimpiadasının yarımfinal turuna başlanılır

27 aprel tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, yarımfinal turunda iştirak etmək üçün şagirdlər 21 aprel saat 15:00-dan etibarən buraxılış vərəqələrini əldə edə bilərlər.

Buraxılış vərəqələrinin yüklənməsi prosesi //portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur. Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunda şagirdlərə müvafiq istiqamət üzrə 25 qapalı sual təqdim ediləcək.

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox