Azedu.az

Maksimum nəticə göstərməyimdə müəllimlərimin rolu böyükdür

Məktəblər

17 Aprel 2025, 15:10
Maksimum nəticə göstərməyimdə müəllimlərimin rolu böyükdür

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Belə ki, imtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Onlardan biri də Naxçıvan MR Şahbuz rayonu, F.İ.İsmayılov adına Badamlı qəsəbə orta məktəbin 11-cinif şagirdi İsmayılova Səma Firəddin qızıdır.

 

AzEdu.az Təhsil Portalı olaraq maksimum nəticə göstərən şagirdlə əlaqə saxladıq.

 

O, təəssüratlarını bizimlə bölüşüb:

 

Səma yüksək bal topladığını eşidən zaman əllərinin əsdiyini və hönkür-hönkür ağladığını qeyd edib:

 

"İlk dəfə bu xəbəri SMS vasitəsilə aldım. Ailə üzvlərimdən sonra sevincimi ilk olaraq tarix müəllimimlə bölüşdüm. Hər kəs mənə inanırdı və uğur qazanacağıma əmin idi. Düşünürəm ki, insanın ətrafında ona inanan insanların olması həm motivasiya verir, həm də onu daha xoşbəxt edir.

 

Əslində, maksimum bal toplayacağıma ürəkdən inanırdım. Hətta imtahanı gördükdən sonra bu inamım daha da gücləndi. Mən II ixtisas qrupu üzrə hazırlaşıram və məqsədim Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və ya Biznesin idarə edilməsi fakültəsinə qəbul olmaqdır.

 

700 bal toplayacağıma inanıram və bu məqsədə çatmaq üçün var gücümlə çalışıram. İnşallah, bu nəticə ilə həm yaxınlarımı, həm də müəllimlərimi sevindirəcəyəm. Bu yolda uğur qazanmağımda böyük rolu olan repetitor müəllimlərimin əməyi danılmazdır. Bu gün tam əminliklə deyə bilərəm ki, onların dəstəyi olmasaydı, bu nəticəni əldə edə bilməzdim".

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox