Azedu.az

Azərbaycan təhsilində rekordçular: 700 bal toplayanların STATİSTİKASI 

Məktəblər

İmtahanlar

Tələbə və şagird

Universitetlər

17 Aprel 2025, 14:19
Azərbaycan təhsilində rekordçular: 700 bal toplayanların STATİSTİKASI 

Azərbaycanda 1992-ci ildən test üsulu ilə ali məktəblərə qəbul imtahanı keçirilir. Həmin ildən qəbulda maksimum - 700 ballıq şkaladan istifadə olunur.

 

Bəs görəsən, 1992-ci ildən bugünə qədər hər il neçə 700 bal toplayan abituriyent olub?

 

AzEdu.az-ın araşdırmasına əsasən, test üsulu ilə qəbul 1992-ci ildən başlasa da, 2006-cı ilin qəbul imtahanları da daxil olmaqla bir abituriyent 700 bal toplamayıb. İlk 700 balı isə 2007-ci ildə 3 nəfər toplayıb. Onlardan ikisi oğlan, biri isə qız abituriyent olub.

 

Oğlanlardan Abbasov Emin Məcnun oğlu Bakı Dövlət Universitetin informatika ixtisasına daxil olub. O, Heydər Əliyev adına hərbi liseyin məzunu olub.

 

Mustafayev Cavid Sakit oğlu isə Bakı Dövlət Universitetinin iqtisadi kibernetika ixtisasına daxil olub. O, Bakı şəhər, Nəsimi rayonu 247 saylı orta məktəbin şagirdi olub.

 

İlk 700 bal toplayan qız İsmayılbəyli Nərgiz Malik qızıdır. O, Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olub. Nərgiz Nizami rayonu 10 saylı məktəbin məzunudur.

 

Artıq 2007-ci ildən etibarən abituriyentlər 700 bal toplaya biliblər:

 

2008-ci ildə 6 nəfər, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9, 2015-ci ildə 15, 2016-cı ildə 10, 2017-ci ildə 15, 2018-ci ildə 29, 2019-cu ildə 0, 2020-ci ildə 2, 2021-ci ildə 0, 2022-ci ildə 1, 2023-cü ildə 0, 2024-cü ildə isə 2 nəfər olmaqla ümumilikdə 116 nəfər 700 bal toplayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox