Azedu.az

Müəllimlərin sosial media “şousu” - Dərs, yoxsa “Trend”?

Məktəblər

Müəllimlər və elm adamları

10 Aprel 2025, 10:36
Müəllimlərin sosial media “şousu” - Dərs, yoxsa “Trend”?

Sosial şəbəkələrdə dərs zamanı çəkilən videolar və “trend”lər artıq tez-tez qarşılaşdığımız kontentlərə çevrilib. Bu videoların müəllifləri çox zaman müəllimlərin özləridir. Maraqlıdır ki, dərs saatının azlığından şikayət edənlər də elə həmin müəllimlər olur.

 

Bəs dərs zamanı video çəkmək və “trend”lərə qoşulmaq nə dərəcədə məqsədəuyğundur?

 

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, dərs zamanı video çəkmək və ya “trend”lərə uyğunlaşmaq şagirdlərin diqqətini yayındıra bilər:

157991

“TikTok” və digər sosial platformalardan istifadə etməklə dərsi daha cəlbedici və maraqlı etmək istəyən müəllimlər bunun mümkün mənfi nəticələrindən də yəqin ki, xəbərdardırlar. Dərs zamanı video çəkilməsi və ya “trend”lərə qoşulmaq şagirdlərin diqqətini dərsdən yayındıra bilər. Əgər dərsin əsas məqsədi təlim və tədrisdirsə, bu cür fəaliyyətlər dərsin effektivliyini azalda bilər.

 

Həmçinin müəllimlərin özlərini bir növ “performansçı” kimi hiss etməsi və dərsin əsas məqsədindən çox, sosial mediada populyar olmağa çalışması müxtəlif problemlərə yol aça bilər. Dərs zamanı əsas prioritet - şagirdlərin diqqətinin düzgün istiqamətləndirilməsi olmalıdır.

 

Əgər sosial media dərsin tədrisinə və şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərirsə, bu, əlbəttə ki, yaxşı bir yanaşmadır. Amma reallıqda vəziyyət belədir? Cəmiyyət olaraq buna hazırıqmı? Sözsüz ki, o görüntülər vizual baxımdan xoş təsir bağışlaya bilər. Lakin mümkün mənfi nəticələr də qaçılmazdır.

 

Burada videonun məzmunu xüsusi əhəmiyyət kəsb edir. Şagird nailiyyətlərinin, uğurlarının paylaşılması, onların motivasiyasını artıran görüntülər qəbulediləndir. Lakin ifrat sözçülük, məqsədsiz və qeyri-peşəkar şəkildə çəkilən qısa videolar neqativ nəticələr doğura bilər. Bu məsələdə mütləq şəkildə balans qorunmalıdır”.

Rusiyada ARA QARIŞDI - Türklərə qarşı zorakılıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox