Azedu.az

Qərbi Azərbaycan məktəbləri: Tanınmış ziyalıların yetişdiyi Uluxanlı TƏHSİLİ

Məktəblər

Müəllimlər və elm adamları

Layihələrimiz

9 Aprel 2025, 13:10
Qərbi Azərbaycan məktəbləri: Tanınmış ziyalıların yetişdiyi Uluxanlı TƏHSİLİ

Hazırda Ermənistanda, Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi olan şəhər, Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsi ilə yaradılmışdır.

 

Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı Dağının erməni dilindəki adlarından biri) adı ilə adlandırılmışdır.

 

Burada 1831-ci ildə 1737 nəfər, 1873 - cü ildə 2968 nəfər, 1886-cı ildə 3062 nəfər, 1897-ci ildə 2757, 1908-ci ildə 3171 nəfər, 1914 - cü ildə 3488 nəfər, 1918-ci ildə 3173 nəfər, 1919 - cu ildə 8000 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Açıklama yok.

 

1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biridir. Bu məktəbin tarixi Azərbaycan maarifçiliyi ilə sıx bağlıdır. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəllimlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır. Böyük yazıçı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı ilə maraqlananlar, ədəbiyyatşünaslar, yazıçılar, tarixçilər, jurnalistlər Uluxanlı məktəbindən çox yazmışlar. Professor Əziz Şərif “Molla Nəsrəddinin yaradılması” kitabında Uluxanlı kənd məktəbinin təşkili və burada işləyən müəllimlər barədə məlumat verir.

 

Qulam Məmmədlinin “Molla Nəsrəddin” kitabında bir neçə səhifə bilavasitə Uluxanlı kənd məktəbinə həsr olunmuşdur. Qafqaz tədris dairəsinin müdiri 1887-ci il 7 avqust tarixli məktubunda yazır: “Uluxanlı məktəbində müəllim vəzifəsini ifa edən Məmmədbəy Qazıyev azad edilmiş, onun yerinə Cəlil Məmmədquluzadə təyin edilmişdir”.

 

Yeri gəlmişkən, onu da xatırlamaq lazımdır ki, İrəvan Müəllimlər Seminariyası və İrəvan Gimnaziyasının əsası da 1881-ci ildə qoyulmuşdur. Həmin iki sinifdən ibarət olan bu məktəbdə 31 şagird təhsil alırdı. Məşədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Molla Axund Hacı Məşədi Hüseynov şəriət müəllimi, Rəhim Musarza oğlu Xəlilov isə müəllim idilər.

 

1900-cü ilin "Кавказский календарь" məcmuəsindən bəlli olur ki, Uluxanlı məktəbində əvvəlki heyət tamamilə dəyişdirilmişdir. Həmin məcmuənin 335-ci səhifəsində Rəhim Xəlilov həm də İrəvan Seminariyasının müəllimi kimi təqdim olunur. R. Xəlilov özünü layiqli müəllim kimi təsdiq etdikdən sonra İrəvan Müəllimlər Seminariyasına dəvət olunmuşdu.

 

1909-cu ildə Uluxanlıda ikisinifli rus-tatar məktəbi açılmışdı. Bu məktəbin müdiri və müəllimi Məmməd bəy Qaziyev olmuşdur. 1909-cu ilin 5 aprelində Məmməd bəy paska bayramından qayıdarkən dəmiryolunda qatar altına düşüb ölmüşdür.

 

Həmçinin ikisinifli Uluxanlı məktəbində Ovdeyi Tahirov və Kələntər Kələntərov fəxri nəzarətçi (blöstitel – bəlkə də fəxri himayəçi – Ə.Z.), Molla Axund Hacı, Molla Vəli Məmməd Əli oğlu şəriət müəllim kimi fəaliyyət göstərirdilər.

 

Burada bir məsələnin xüsusi qeyd edilməsi lazımdır: biz burada "poçetnıy blöstitel, smotr" sözlərini fəxri nəzarətçi, nəzarətçi və ya himayəçi kimi tərcümə etdik. Şübhəsiz ki, həmin vəzifələr bu günün baxımından müəllim, tədrisçi, məktəb müdir və s. vəzifə daşıyan şəxslər kimi başa düşülməlidir.

 

Məktəbin fəaliyyət dairəsi get-gedə genişlənməkdə davam etmiş, "Кавказский календарь" məcmuəsindən bəlli olur ki, artıq Uluxanlı məktəbində 63 şagird təhsil alırdı.

 

Uluxanlı məktəbində təhsil almış Mahinur Qasımova bildirib ki, bütün kəndlərdən şagirdlər Uluxanlı məktəbinə gəlirdilər:

Açıklama yok.

“Uluxanlıda azərbaycanlılar üçün ilk məktəbi ulu babam Hacı Şirməmməd öz evində açmışdı. Bu məktəb yalnız bir sinifdən ibarət idi və cəmi 11 şagird təhsil alırdı. Onların əksəriyyəti məktəbin əlaçı uşaqları idi. Qızıl və gümüş medallarla təltif olunublar. Uluxanlı məktəbində siniflərdə güclü rəqabət mühiti vardı. Müəllimlərin əməyi heç vaxt boşa getmirdi. Uşaqlar əlaçı olurdular. Siniflərdə 30 nəfər şagird olurdu və onların hər biri ali və ya orta ixtisas təhsili alırdı. Çox az sayda şagird təhsilini davam etdirmirdi.

Açıklama yok.

Son vaxtlar məktəbdə olimpiadalar, yarışlar keçirilirdi. Rəqs və idman yarışları da təşkil olunurdu. Şagirdlər bu tədbirlərdə öz istəkləri ilə iştirak edirdilər.

 

Açıklama yok.

Nəcəf Şirməmmədov

Qabaqcıl müəllimlər sırasında Əliyeva Maya, Nəcəf Şirməmmədov, Sənan Qədiməliyev, Sərvət Qədiməliyev və başqaları yer alırdı. Məktəbdə ümumilikdə 200 nəfər müəllim çalışırdı.Əvvəllər müəllim və həkim olmaq ən çox arzulanan peşələrdən idi. Xalq təsərrüfatı, hüquq, iqtisadiyyat, müəllimlik və həkimlik o dövrün ən çox qəbul olunan ixtisasları idi.

 

O vaxt heç kim hazırlığa getməzdi, əlavə məşğələlər olmazdı. Müəllim dərsi sinifdə sadə dildə izah edərdi. Şagirdlər də dərsi öyrənib ali təhsil alardılar. Mən də dərs keçəndə hər şeyi sadə dillə izah edirdim. 21 yaşımda müəllimliyə başlamışam və 18 il dərs demişəm. O zaman repetitorluq anlayışı yox idi. Müəllimlərin sadə izah tərzi ilə hər kəs oxuyurdu. 30 nəfərin 30-u da ali məktəbə qəbul olurdu. Musiqiləri həvəslə oxuyurduq, idman dərslərində meydançada oynayırdıq. Musiqi müəllimi bizə həm də rəqsləri öyrədirdi. Rəqs paltarı tikdirirdik və İrəvana qastrola gedirdik.

 

Valideyn iclaslarında şagirdlər sevinirdilər ki, ataları onlar haqqında xoş sözlər eşidəcək. Universitetdə oxuyarkən də idman yarışlarına qatılırdım. Bütün bunların təməlini məktəbdə almışdıq. Saat 11-dən 12-yə qədər kitabxanadan kitab alıb oxuyurduq. O dövrün kitablarını əzbər bilirdik, hamısını oxuyurduq”,- deyə o bildirib.

Açıklama yok.

Uluxanlı kəndinin yaşlı sakinləri – Mirzə Zeynalabdin Rzayev, Əsədulla Musayev, Şıxəli Bağırov, eləcə də qonşu Sarvanlar kəndində yaşayan 112 yaşlı Məmmədəli Nəsirov və Məmmədəli Ağalı oğlu - Mirzə Ələkbər Elxanov haqqında ağız dolusu danışırlar. Onların sözlərinə görə, Mirzə Ələkbər zamanəsinin ən savadlı insanlarından biri olub. Uca boylu, enlikürəkli, gülərüzlü bir kişi idi. Səxavətli və əliaçıq olan Mirzə Ələkbər yetim-yesirə, kasıblara daim yardım edərdi.

 

Uluxanlıda məktəbin açılmasında onun böyük əməyi olub. Kasıb ailələrin uşaqlarına dəftər, kitab paylayar, məktəbin daxili təsərrüfat xərclərinə dəstək göstərərdi. İrəvanda çalışmasına baxmayaraq, hər həftə Uluxanlı məktəbinə baş çəkərdi.

 

Bizimlə görüşəndə özü ilə “Əkinçi” qəzetini gətirər, maraqlı məqalələri ucadan oxuyardı. Bəzən də “Vətən dili” adlı bir kitab gətirər, oradan bizə maraqlı hekayələr danışardı. Sonralar öyrəndik ki, bu kitab əslində bir dərs kitabı imiş.

 

Verilən məlumata görə, Cəlil Məmmədquluzadə Mirzə Zeynalabdın Rzayev, Mirzə Cəlilin şagirdlərindən olmuşdu. O, sonra İrəvan gimnaziyasını bitirmiş, dövrünün ağlı, savadı ilə ziyaralılarından idi. Uluxanlı məktəbi istər mənəvi, istərsə də maddi aclıqdan keçərək öz işıqlı yolunu davam etdirmişdi. İrəvan gimnaziyasını bitirmiş məzunlar Uluxanlı məktəbinin inkişafında mühüm rol oynadılar. Gimnaziyanı bitirmiş Qədiməliyev Məmmədbağır uzun illər məktəbdə müəllimlik etdi və bir çox istedadlı şagirdlər yetişdirdi.

 

1918-ci il avqust ayının 6-da həm İrəvan Müəllimlər Seminariyası, həm İrəvan Gimnaziyası, həm də Uluxanlı məktəbi bağlandı. 1920-ci ildən Uluxanlı məktəbi yenidən fəaliyyətə başlasa da, nə İrəvan Müəllimlər Seminariyası, nə də İrəvan Gimnaziyası bundan sonra bir daha fəaliyyət göstərmədi.

 

1920-ci ildən sonra elmin, mədəniyyətin inkişafı üçün geniş imkanlar açıldı. 1924-cü ildə İrəvan Pedaqoji Texnikumunun fəaliyyəti göstərməsi Uluxanlı üçün üfüqlərini genişləndirdi. Məktəbin müəllimlərinin böyük bir qismi, o cümlədən Əsəd Məmmədov, , Tamam Axundova, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov, Əli Qədiməliyev, Cəfər Məmmədov, Əliqulu Səlimov, Heydər Nağıyev, Əkbər Əliyev İrəvan Pedaqoji Məktəbinin məzunları idi.

Açıklama yok.

Uluxanlı orta məktəbinin müəllimləri: Sağdan; 1-ci Abbas Musayev, 2-ci İsmət İsmayılov 3-cü Əli Qədiməliyev, soldan; 1-ci Zərifə Babayeva, ortada məktəbin direktoru Əjdər Kazımov. 1958-59-cu tədris ili.

 

Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən ilk iki şəxsdən 1928-30-cu illərdə İrəvan Pedaqoji Texnikumunda işləmiş, gələcəyin böyük elm xadimi, akademik Yusif Məmmədəliyevə dərs demişdilər.

 

Açıklama yok.

1950-ci il 20 oktyabr. Təzə kənd tarlası, Vb sinfinin pambıq yığımı.

 

Y. Məmmədəliyev texnikumda təzə işə başlayanda burada Qriqoryan soyadlı riyaziyyat müəllimi işləyirdi. Riyaziyyatı yaxşı bilən Qriqoryanda qəribə bir xasiyyət vardı. O, təzə gələn müəllimlərlə bir məsələ verib, gücünü göstərirdi. Müəllim isə baş sındırıb, iki-üç gün onun cavabını tapa bilməzdi. O, ən sonda sadiq qalaraq gənc - təxminən 23 yaşlı Y. Məmmədəliyevə də “qəliz” bir məsələ verir. Ancaq onun gözlədiyi kimi olmur. Gənc müəllim tez bir zamanda məsələni həll edərək cavabını deyir.

 

30-cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı. Məmməd Rzayev 1936-cı ildə İrəvan Dövlət Universitetini ermənicə bitirmişdi. Heydərqulu Quliyev, Əsəd Məmmədov, Heydərqulu Salmanov, Bakıda ali təhsil almışdılar.

Açıklama yok.

1959- cu il. Ortada məktəbin direktoru Əjdər Kazımov.

 

1920-ci illərin sonlarında Uluxanlı məktəbini bitirib, texnikumlara daxil olan gənclərin bir qismi, 1930-cu illərin əvvəllərində texnikum təhsillərini başa vurduqdan sonra kənd məktəblərində müəllimlik fəaliyyətinə başladılar. Digər bir qismi isə təhsillərini davam etdirmək məqsədilə ali məktəblərə qəbul olundular.

Açıklama yok.

1960-61-ci tədris ili. 2-ci cərgədə oturanlardan 1-ci İsmət İsmayılov, 3-cü İsmayıl İsmayılov, direktor İbrahim Xəlilov, Əli Qədiməliyev, Məmmədli Qurbanov, Maya Əliyeva.

 

Uluxanlıda yeddiillik məktəbin açılması ilə əlaqədar olaraq, yerli gənclərin çoxu bu məktəbdə müəllim kimi çalışmağa başladı. Hüseyn Rzayev, İsmayıl Əliyev, Rəhim Muxtarov, Həqiqət Babayeva, Tağı Bağırov, Ələmdar Məhərrəmov, Mirağa Seyidov, Hüseyn Məmmədov, Hidayət Rzazadə, Məsmə Əliyeva, Məmmədağa Qədiməliyev, Leylan Əliyeva və başqaları bu dövrün yetişdirdiyi müəllimlər sırasında yer alırlar.

Açıklama yok.

1937- ci il iyun ayı, 8- ci sinfi bitirən ili. Oturanlardan soldan 2-ci Hüseyn Məmmədov (müəllim), 3-cü Hacı Məhərrəmov (məktəb direktoru).

 

1938-39-cu dərs ilindən sonra məktəbin tipi dəyişərək orta məktəbə çevrilir. Hacı Məhərrəmov məktəbə direktor təyin edilir. Bundan sonra məktəbin şəbəkəsi genişlənir.

 

1940-41-ci dərs ilində məktəbdə X sinfin ilk buraxılışı olur. Məktəbi 12 nəfər bitirir. Məktəb direktoru ali təhsilli ədəbiyyatçı şair təbli Abbasəli Hüseynov idi.

 

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq məktəb direktorları tez-tez dəyişirdi.

1941–42-ci illərdə Ələmdar Məhərrəmov

1942–43-cü illərdə Həbib Məmmədzadə

1943–44-cü dərs ilində Ələmdar Rəhimov

1944–45-ci dərs ilində Firidun Eyvazov

1945–46-cı dərs ilində Sadiq Fərəcov

1946–47-ci dərs ilində Lətif Hüseynov

1947–49-cu dərs illərində Əsəd Məmmədov

1949–57-ci illərdə Zərifə Babayeva

1957–60-cı illərdə Əjdər Kazımov

1960–67-ci illərdə İbrahim Xəlilov

1967–1973-cü illərdə Əsəd Məmmədov

1973–1979-cu dərs illərində İsmayıl İsmayılov və 1979–1988-ci dərs illərində Sənan Qədiməliyev məktəbin direktoru olmuşlar.

Açıklama yok.

1951-52-ci tədris ili, 15 aprel. Məktəbin direktoru Zərifə Babayeva, 3- cü cərgədə, ortada.

 

Böyük Vətən müharibəsi illərində Cəbhədə həlak olan müəllimlər: Abbasəli Hüseynov, Əli Həsənov, Tağı Bağırov, İsmayıl və Əkbər Əliyev qardaşları, Məhərrəm Əliyev, Əli Babayev, Cəfər Məmmədov və s.

 

İlk qadın müəllimlər

Məsmə Əliyeva;

Firuzə Əliyeva;

Həqiqət Babayeva;

Səriyyə Xəlilova;

Rübabə Əliyeva;

Leylan Əliyeva;

Səriyyə Kazımova;

Tamam Axundova.

 

İlk ali təhsil alanlar

Əsəd Qəmbər oğlu Məmmədov 1936–37-ci dərs ilində Azərbaycan Pedaqoji İnstitutun kimya-bialogiya fakültəsini bitirib.

Yunis Hacı Qafar oğlu Tağıyev 1936–37-ci dərs ilində Azərbaycan Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini bitirib.

Əsgər Abbasalı oğlu Məsimov 1937–38-ci dərs ilində Azərbaycan Tibb İnstitutunu qurtarıb.

Məhəmməd Zeynalabdin oğlu Rzayev 1934–35-ci dərs ilində İrəvan Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

Əliqulu Teyyubov 1937–38-ci dərs ilində Azərbaycan Neft İnstitutunun mühəndis fakültəsini bitirib.

 

Uluxanlı məktəbini medal ilə bitirənlər Qızıl medal ilə bitirənlər

 

Teymur Əkbər oğlu Əhmədov

Hidayət Şirzad oğlu Ağayev

Heydər Məmməd oğlu Quliyev

Kərəm Yusif oğlu Həsənov

Gültəkin Sərvət qızı Qədiməliyeva

Firidun Xəlil oğlu Xəlilov

Maral İslam qızı Mirzəyeva

Mahirə Kamal qızı Qasımova

Açıklama yok.

1966- cı il 12 aprel. Uluxanlı orta məktəbinin 1- ci qızıl medalisti Teymur Əhmədov, namizədlik müdafiəsindən sonra banketda. Soldan 2-ci Hüseyn Həsənov, ortada Teymur Əhmədov, sağdan 1-ci Aydın Rzayev, 2-ci Sabir Nağıyev.

 

Uluxanlı məktəbini bitirənlərdən elmi dərəcə alanlar

 

Əhmədov Teymur Əkbər oğlu – Filologiya elmləri doktoru, professor

Əsgərov Telman Mirzə oğlu – Texnika elmləri doktoru

Qasımov Maqsud Səfər oğlu – Tibb elmləri doktoru, professor

Məmmədova Gülçöhrə Hüseyn qızı – Memarlıq elmləri doktoru, prof.

Məmmədov Fərrux Məmməd oğlu – Biologiya elmləri doktoru

Rzayev Zakir Məhərrəm oğlu – Kimya elmləri doktoru

Quliyev Abbas Məmməd oğlu – Kimya elmləri doktoru

Xəlilov Firidun Xəlil oğlu – Texnika elmləri doktoru

Zeynalov Əsgər Məmmədəli oğlu – Filologiya elmləri doktoru, prof.

Rzayev Orucəli Hüseynqulu oğlu – Fizika-riyaziyyat elmləri doktoru

İsmayılov Oruc Bayram oğlu – Tibb elmləri namizədi

Əhmədov Ələmdar Paşa oğlu – Fəlsəfə elmləri namizədi

Teyyubov Rəhim Abbas oğlu – Tibb elmləri namizədi

Axundov Səttar Əbdüləli oğlu – Fizika-riyaziyyat elmləri namizədi

Məmmədov Nuru Zeynalabdin oğlu – Tarix elmləri namizədi

Tağıyev Nazim Əli oğlu – K/t elmləri namizədi

Əliyev Əli Əkbər oğlu – Fizika-riyaziyyat elmləri namizədi

Xudaverdiyev Rəhim Əkbər oğlu – Kimya elmləri namizədi

Hüseynov Firidun Səfər oğlu – Fizika-riyaziyyat elmləri namizədi

Açıklama yok.

Uluxanlı orta məktəbinin məzunu Eldar Həsənov Dərbənd şəhərinin 5000 illiyində.

 

Tünzalə Abbasova

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox