Azedu.az

Məktəbə qəbul: Hansı hallarda imtina gələ bilər?

Məktəblər

7 Aprel 2025, 17:29
Məktəbə qəbul: Hansı hallarda imtina gələ bilər?

Hansı hallarda uşağın təhsil müəssisəsinə qəbuluna imtina veriləcəyi məlum olub.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, ilk növbədə, məsul şəxs //mektebeqebul.edu.az/az/ elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.

"Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər", - məlumatda bildirilib.

Şok - Bakıdakı rus evi bərpa ediləcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox