“Çoxuşaqlı ailə məsələsi tez-tez Milli Məclis, hökumət və cəmiyyət tərəfindən müzakirə mövzusu olur”.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında “Əmək pensiyaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.
“Baxmaq lazımdır ki, dünya ölkələrində çoxuşaqlı ailə anlayışı necədir, neçə uşaqdan ibarətdir? Hesab edirəm ki, biz bütövlükdə demoqrafik inkişaf haqqında dövlət proqramının qəbul olunması barədə düşünməliyik. Bütün dünyada bu proseslər gedir. Ona görə də insanların təbii artımı aşağı düşüb. 10-12 il əvvəl bizdə 150-160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 mindir. Ona görə də çoxuşaqlı ailə anlayışında sayı azaltmaq barədə düşünmək olar. Onda biz spesifik yanaşmanı da tətbiq edə bilərik”.