Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında baş verən güclü külək nəticəsində Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam örtüyü aşıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən xəbərə görə, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müəsissəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.
Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar məktəbin şagirdləri təhsillərini müvəqqəti olaraq qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta məktəbində davam etdirəcəklər.
09:08
Bu gün günorta saatlarında baş verən güclü külək nəticəsində Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam örtüyü aşıb.
AzEdu.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alaraq sabahdan etibarən məktəbin şagirdləri müvəqqəti olaraq təhsillərini qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta məktəbində davam etdirəcəklər.
Qeyd edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Məktəb 372 şagird üçün nəzərdə tutulub.
Hazırda burada 750 şagird təhsil alır. Təhsil ocağı 34 sinif komplekti və 24 sinif otağı ilə fəaliyyət göstərir, dərslər iki növbəli təşkil olunub.