Azedu.az

65 şagird zəhərlənib

Məktəblər

Xaricdə Təhsil

6 Aprel 2025, 09:10
65 şagird zəhərlənib

Hindistanın Çhattisqarh əyalətində 65 ibtidai məktəb şagirdi içərisində ölü kərtənkələ olan nahardan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

AzEdu.az xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, şagirdlərdən biri nahar zamanı boşqabında ölü kərtənkələ görüb.

Bundan sonra bütün şagirdlərə yeməyi dayandırmaqla bağlı göstəriş verilib. 

Yeməkdən yeyən 65 şagirddə ürəkbulanma, mədə ağrısı və qusma şikayətləri müşahidə olunub.

Simptomların olduğu bütün tələbələr xəstəxanaya yerləşdirilib. Artıq vəziyyəti stabilləşən bir neçə şagirdin ambulator müalicə üçün evə buraxıldığı bildirilir. 

Hadisə ilə bağlı araşdırma başladılıb.

İrandan müharibə açıqlaması - HAZIRIQ!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox