Azedu.az

Bu gün şagird yerdəyişməsi dayandırılır

Məktəblər

1 Aprel 2025, 08:36
Bu gün şagird yerdəyişməsi dayandırılır

Bu gündən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.

AzEdu.az bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Şok açıqlama - İran hər an vurula bilər
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox