2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələri üçün 52 adda yeni dərslik hazırlanıb.
AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, 15 adda dərslik və metodiki vəsaitin isə hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb.