Azedu.az

 Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

Məktəblər

Tələbə və şagird

11 Mart 2025, 14:27
 Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

Martın 15-də saat 11:00-da V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək.

 

AzEdu.az-a Naxçıvan MR Təhsil Nazirliyindən bildirilib ki, Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçiriləcək müsabiqədə olimpiadanın respublika turunda 75 baldan yuxarını toplayan şagirdlər iştirak edəcəklər. 


Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu ilin 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.


V Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox