Azedu.az

Attestatını itirənlər üçün vacib məlumat - RƏSMİ

Məktəblər

10 Mart 2025, 13:13
Attestatını itirənlər üçün vacib məlumat - RƏSMİ

Zaman-zaman şagirdlərin ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatını itirməsi ilə bağlı məsələlər gündəm olur.

 

Belə olan halda şagirdlər nə etməlidir?

 

Məsələ ilə bağlı AzEdu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

 

Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir:

"Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir. Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatını verir. Bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib",- deyə məlumat verilib.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox