Azedu.az

Direktorun müəllimlərə uyğunsuz davranışı ilə bağlı araşdırma aparılır

Məktəblər

6 Mart 2025, 12:39
Direktorun müəllimlərə uyğunsuz davranışı ilə bağlı araşdırma aparılır

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən açıqlama verilib.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox