Azedu.az

Dərsdən qaçmaq istəyən şagird yıxılaraq xəsarət alıb

Məktəblər

5 Mart 2025, 16:37
Dərsdən qaçmaq istəyən şagird yıxılaraq xəsarət alıb

Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi dərsdən yayınmaq məqsədilə ikinci mərtəbədən tullanıb və ayağından xəsarət alıb. 

AzEdu.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildiriblər.

Qeyd edilib ki, məktəbin müəllim və texniki heyəti dərhal şagirdə ilkin tibbi yardım göstərib, təcili tibbi yardım çağırıb və şagirdin valideynləri hadisə barədə məlumatlandırılıb. Mövcud hadisə ilə bağlı aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülüb. 

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox