Azedu.az

Şimal-qərb regionundan 61 şagird RFO-nun finalına vəsiqə qazanıb 

Məktəblər

Tələbə və şagird

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

5 Mart 2025, 11:57
Şimal-qərb regionundan 61 şagird RFO-nun finalına vəsiqə qazanıb 

Şimal-qərb regionunun ümumi təhsil müəssisələrinin 61 şagirdi Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb.

Şəki-Zaqatala Regional İdarədən AzEdu.az-a bildirilib ki, yarımfinal mərhələsində Şəki rayonu üzrə 34, Oğuz rayonu üzrə 8, Qax rayonu üzrə 7, Balakən, Zaqatala və Qəbələ rayonlarının hər biri üzrə 4 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Şagirdlərimizi təbrik edir, onlara Final mərhələsində uğurlar arzulayırıq!

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox