AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Naxçıvan Muxtar Respublikasını əhatə edən həmin 20 müəllimin siyahısı:
1.Yadulla Mirzəyev - Babək rayon Sirab kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;
2.Tusi Həsənli - Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
3. Nüsranə Seyidova - Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi;
4. Lalə Hüseynova - Ordubad rayon Aza kənd tam orta məktəbdə İngilis dili müəllimi;
5.Eşqin Babayev - Şahbuz rayon Keçili kənd tam orta məktəbdə İngilis dili müəllimi;
6. Samir Rəcəbli - Şahbuz rayon Ayrınc kənd tam orta məktəbdə Riyaziyyat müəllimi;
7.Elman Dünyamalıyev - Sədərək kənd 2 nömrəli tam orta məktəbdə Coğrafiya müəllimi;
8.Şəfəq Orucova - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi;
9.Tərifə Cəfərova - Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin Fizika müəllimi;
10.Təhminə İbrahimova - Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Tarix müəllimi;
11.Samirə Rəhimova - Şərur şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
12. Ülviyyə Rzayeva - Şərur şəhər 2 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi;
13. Çingiz Rzayev - Şərur rayon Dizə kənd tam orta məktəbin Coğrafiya müəllimi;
14.Nuranə Məmmədova - Culfa şəhər 3 nömrəli tam orta məktəbin Tarix müəllimi;
15. Günel Hümbətova - Culfa rayon Xoşkeşin kənd tam orta məktəbin Riyaziyyat-informatika müəllimi;
16. Sevinc Səfərova - Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin Biologiya müəllimi;
17. İbrahim Əhmədov - Kəngərli rayon Yurdçu kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
18. Həsən Həsənov - Heydər Əliyev adına tam orta məktəbin Tarix müəllimi (Təlim-tərbiyə işləri üzrə direktor müavini);
19. Rəfiqə Abdullayeva - Naxçıvan Qızlar Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi;
20. Könül Heydərova - Şərur Fizika-RiyaziyyatTəmayüllü Liseyin Riyaziyyat müəllimi.