Azedu.az

Şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir - RƏSMİ

Məktəblər

21 Fevral 2025, 10:22
Şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir - RƏSMİ

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox