Azedu.az

Kimya müəllimi: Dərsliklərdə mövzuların izahı sadə və anlaşılan olmalıdır

Məktəblər

Müəllimlər və elm adamları

18 Fevral 2025, 11:08
Kimya müəllimi: Dərsliklərdə mövzuların izahı sadə və anlaşılan olmalıdır

“Dərsliklərdə istifadə olunan dil şagirdlərin qavrayış səviyyəsinə uyğun deyil və izahlar çox vaxt mürəkkəb terminlərlə doludur. Bu isə şagirdlərin dərsi anlamaqda çətinlik çəkməsinə və mövzunu tam mənimsəyə bilməməsinə səbəb olur. Halbuki, biz dərs zamanı həmin mövzuları daha sadə və anlaşılan üsullarla izah edirik ki, bu da şagirdlər üçün daha faydalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında kimya müəllimi, “Örnək müəllim” Sevda Əliyeva bildirib.

155115

Onun sözlərinə görə, dərsliklərin dili və izah üslubu müasir tədris metodlarına uyğun şəkildə yenilənməli, şagirdlərin səviyyəsinə uyğunlaşdırılmalı və daha çox vizual material, praktiki nümunə ilə zənginləşdirilməlidir:

 

“Məsələn, 8-ci sinif kimya dərsliyində yer alan "Oksidləşmə-reduksiya və tarazlıq" mövzusu ümumi kimyanın ən çətin mövzularından biridir. Dərslikdə bu mövzu qəliz nəzəri izahlarla təqdim edilib və şagirdlər üçün çətin anlaşılan terminlərdən istifadə olunub. Halbuki, daha sadə üsullarla, praktiki nümunələr və əyani vasitələrdən istifadə edərək əmsallaşdırmanı və tarazlıq məsələlərini daha aydın izah etmək mümkündür.

 

Eyni problem 7-ci sinif kimya dərsliyində də müşahidə olunurdu. "Qarışıqların ayrılması üsulları" mövzusu əvvəlki dərsliklərdə çətin və anlaşılmaz şəkildə izah olunmuşdu. Ancaq yeni dərsliklərdə bu mövzu daha aydın və sadələşdirilmiş formada təqdim edilib, izahlar konkret və şagirdlərin gündəlik həyatla əlaqələndirə biləcəyi nümunələrlə zənginləşdirilib. Bu da şagirdlərin mövzunu daha yaxşı qavramasına kömək edir.

 

Ümumilikdə, dərsliklərin dili və izah üslubu müasir tədris metodlarına uyğun şəkildə yenilənməli, şagirdlərin səviyyəsinə uyğunlaşdırılmalı və daha çox vizual material, praktiki nümunə ilə zənginləşdirilməlidir. Bu, yalnız şagirdlərin dərsi daha yaxşı anlamasına deyil, həm də fənnə olan maraqlarının artmasına səbəb ola bilər".

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox