Azedu.az

Məktəb direktorları yaşadıqları ərazidə daha yaxşı fəaliyyət göstərir - DEPUTAT

Məktəblər

Müəllimlər və elm adamları

18 Fevral 2025, 09:18
Məktəb direktorları yaşadıqları ərazidə daha yaxşı fəaliyyət göstərir - DEPUTAT

Gələcəkdə məktəb direktorlarının işə qəbulu zamanı həmin əraziyə yaxın yerdə yaşayan və sertifikasiya imtahanından yüksək bal toplayan namizədlərə üstünlük veriləcək.

 

Bu qaydanın tətbiqindən sonra direktorların işə qəbulu ilə bağlı cəmiyyətdəki narazılıqlar ortadan qalxacaqmı?

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatı Ceyhun Məmmədov AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

155106

Deputat bildirib ki, yaşadığı ərazidə direktor olanlar daha yaxşı fəaliyyət göstərir, nəinki kənardan gələnlər:

 

“Məktəb direktorlarının işə qəbulu zamanı həmin təhsil müəssisəsinə yaxın yerdə yaşayan və sertifikasiyadan yüksək bal toplayan namizədlərə üstünlük verilməsi düzgün qərardır. Biz bu qərarın üzərində durmalıyıq. Yaşadığı ərazidə direktor olanlar daha yaxşı fəaliyyət göstərir, nəinki kənardan gələnlər. Bu fikrim əbəs yerə deyil, çünki biz zaman-zaman bunun müxtəlif təcrübələrini görmüşük. Ona görə də bu sahədə ən ciddi addımlardan biri məhz ərazi və məktəb arasındakı məsafəyə diqqət yetirilməsidir".

 

Deputat direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi barədə də öz fikirlərini qeyd edib:

 

“Direktorların işə qəbulunun müsahibə mərhələsində bəzən haqlı, bəzən haqsız narazılıqlar ortaya çıxır. Bu baxımdan da sertifikasiyadan yüksək bal toplayıb, həmin rayonda, kənddə qalan şəxslərin direktor təyin edilməsi daha doğru qərar olar.

 

Hesab edirəm ki, direktorları direktor müavinləri sırasından seçsək, daha uğurlu olar. Birdən-birə hansısa müəllim direktor olmasın, çünki idarəetmə təcrübə tələb edir. Ən azından direktor olacaq şəxs, direktor müavini kimi işləyib, özünü göstərib, təcrübə toplamalıdır. Bundan sonra müavinlər sırasında uyğun namizədləri direktor seçmək olar.

 

Təbii ki, direktor seçimi zamanı onların insanlarla ünsiyyəti, davranış qaydaları, psixoloji vəziyyəti və psixoloji biliyi də nəzərə alınmalıdır".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox