Azedu.az

Uşaq hüquqları üzrə komissiyalar təhsil müəssisələrində monitorinq aparacaq

Məktəblər

17 Fevral 2025, 13:52
Uşaq hüquqları üzrə komissiyalar təhsil müəssisələrində monitorinq aparacaq

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların daha bir səlahiyyəti olacaq.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini də həyata keçirəcək.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox