AzEdu.az xəbər verir ki, məktəblilərdə dərsə xüsusi maraq yaradan proqramlardan biri də “Polyup” proqramıdır.
Keçdiyi dərsdə bu proqramın üstünlüklərindən yararlanan Aysel Alıcanova təəssüratlarını AzEdu.az-la bölüşüb.
Müəllim bildirib ki, “Polyup” proqramı uşaqların xüsusi marağına səbəb olub:
“Ən yeni proqramlardan biri olan, bütün dünyada geniş istifadə edilən "Polyup" proqramını biz də tətbiq etdik. Həm əyləndik, həm də hesablama işləri yerinə yetirdik.
Uşaqlar tapşırığı səhv edəndə Polyupun ağlaması, düz yerinə yetirdikdə gülməsi, hətta bəzən ingiliscə danışması şagirdlərimdə şən-əhval ruhiyyə yaratdı. Dərslərimizi XXI əsrin tələblərinə görə qursaq, uşaqların maraq və ehtiyaclarını ödəmiş olarıq”.