Azedu.az

Uşaqlardan öncə valideynləri tərbiyə etmək lazımdır

Məktəblər

Tələbə və şagird

Təhsil ekspertləri

13 Fevral 2025, 13:00
Uşaqlardan öncə valideynləri tərbiyə etmək lazımdır

"Məktəbə uşaq yox, tərbiyəsiz valideynlər gedir"

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

"Məktəbin giriş qapısının ağzında avtomobil saxlayan valideyn övladına qayğı göstərən biri deyil, cəmiyyətə hörmətsizlik edən, pis nümunə olan biridir. Məktəblərin qarşısında, xüsusən də şagirdlərin hərəkət etdiyi ərazilərdə dayanma və durma qadağan olunmalıdır. Kamera quraşdırılıb, qaydanı pozanlara cərimə tətbiq edilməlidir!

Ayıbdır, 100 metr kənarda maşını saxlayıb, piyada övladını məktəbə aparmaq istəmirlər. Yolun ortasında maşını atıb məktəbə daxil olan valideynin hərəkətin yüzlərlə insana mane olur!

Məktəb onsuz da ölkədə ən təhlükəsiz yerlərdən biridir. Uşağını məktəbə buraxmaq üçün etdiyin bu tərbiyəsizlik digərlərinə narahatlıq yaradır. Biz uşaqları yox, valideynləri tərbiyə etməliyik. Çünki uşaqların tərbiyəsini pozan məhz bu valideynlərdir!". 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox