Azedu.az

Təhsil sektorunun müdiri İSTEFA VERDİ

Məktəblər

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

Müəllimlər və elm adamları

3 Fevral 2025, 11:19
Təhsil sektorunun müdiri İSTEFA VERDİ

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi vəzifəsi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.

Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox