Azedu.az

Məktəblərdə qış tətili başlayıb

Məktəblər

Müəllimlər və elm adamları

27 Yanvar 2025, 07:00
Məktəblərdə qış tətili başlayıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb.

AzEdu.az xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox