Azedu.az

Oğuz məktəblisi RFO-da maksimum nəticə əldə edib

Məktəblər

Tələbə və şagird

Təhsil stendi

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

24 Yanvar 2025, 11:50
Oğuz məktəblisi RFO-da maksimum nəticə əldə edib

Oğuz şəhəri Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Gülər Ənsərli respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində tarix fənnindən təqdim olunmuş bütün suallara düzgün cavab verərək, maksimum nəticə əldə edib.

AzEdu.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, fənn olimpiadalarının rayon (şəhər) mərhələsində regional idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə ümumilikdə 4913 şagird biliyini sınayıb və onlardan 1145 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox