Azedu.az

Məktəblərdə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir

Məktəblər

23 Yanvar 2025, 13:11
Məktəblərdə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur. 

AzEdu.az xəbər verir ki, böyük summativ qiymətləndirmələrin rəqəmsal formada keçirilməsində əsas məqsəd təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin edilməsi, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və kağız israfının qarşısının alınmasıdır.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə təşkil edilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox