Azedu.az

Göygöldə 8-ci sinif şagirdi yoldaşına xəsarət yetirib

Məktəblər

Tələbə və şagird

Region təhsili

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi

15 Yanvar 2025, 10:46
Göygöldə 8-ci sinif şagirdi yoldaşına xəsarət yetirib

Göygöl rayonunda 8-ci sinif şagirdinin xəsarət alması barədə məlumat yayılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama verib.

Bildirilib ki, yanvarın 14-də axşam saat 20:00 radələrində Göygöl rayon Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı yaşadıqları küçədə xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. 

Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edilir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox