Azedu.az

Ali məktəblərə qəbul imtahanlarının VAXTI

10 Yanvar 2025, 17:51
Ali məktəblərə qəbul imtahanlarının VAXTI

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.

DİM-dən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox