Azedu.az

Məktəbdə valideynlər arasında DAVA - Ekspertiza aparılır

9 Yanvar 2025, 10:36
Məktəbdə valideynlər arasında DAVA - Ekspertiza aparılır

Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza təyin olunub.

AzEdu.az APA-ya istinadən xəbəər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, dekabrın 18-də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentlə mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər. Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.

Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, dekabrın 18-də Yasamal rayonu ərazisində yerləşən məktəblərin birində valideynlər arasında incident baş verməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox