Azedu.az

Məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb - YENİLƏNDİ

Məktəblər

Abşeron-Xızı Regional Təhsil İdarəsi

29 Dekabr 2024, 12:06
Məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb - YENİLƏNDİ

Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.

AzEdu.az Təhsil Portalının sorğusuna Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, 29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.

Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.  

10:51

AzEdu.az xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.

1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında drektor işlədiyi məktəbdə meyitinin tapıldığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox