Azedu.az

Matəm günü tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ 

25 Dekabr 2024, 16:31
Matəm günü tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ 

Matəm günü, dekabrın 26-da Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.

Bu barədə AzEdu.az xəbər verir ki,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox