Azedu.az

İki qardaşı kanalda boğulan məktəbli dəm qazından ÖLDÜ

Məktəblər

16 Dekabr 2024, 08:37
İki qardaşı kanalda boğulan məktəbli dəm qazından ÖLDÜ

Siyəzəndə 15 yaşlı məktəbli dəm qazından zəhərlənərək ölüb.

 

AzEdu.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.

 

Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, bu ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar. 

 

Məktəblilər olan 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olub. 

 

G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır. 

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox