Azedu.az

Ali məktəblərə illərdir, bircə nəfərin belə qəbul olunmadığı məktəblər – İmişlinin təhsil imici

Məktəblər

Universitetlər

Maraqlı

Bakalavr və sınaq imtahanları

22 Noyabr 2018, 12:43
Ali məktəblərə illərdir, bircə nəfərin belə qəbul olunmadığı məktəblər – İmişlinin təhsil imici

Qəbul imtahanlarındakı yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, İmişli rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

2017-ci ilin göstəricilərinə əsasən, D.Ələkbərov adına Əlyetməzli kənd orta məktəbindən bir nəfər belə ali məktəbə qəbul oluna bilməyib. 2004-cü ildən 2012-ci ilədək olan qəbul göstəriciləri də sıfıra bərabərdir.

Eyni zamanda, Q. Tarverdiyev adına Hacalmuradlı kənd orta məktəbi, R.Alışov adına Bəhrəmtəpə qəsəbə orta məktəb, F. Əsədov adına Qaraqaşlı kənd orta məktəb, Ş.Məmmədov adına Qaragüvəndikli kənd orta məktəbi, T.Quliyev adına Çaxırlı kənd orta məktəbi , Gövhərli kənd orta məktəblərinin hər biri üzrə 2017-ci ildə heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Bu məktəblərdə qəbul göstəriciləri orta respublika səviyəsindən aşağıdır.

Qeyd edək ki, İmişli rayonu üzrə, yalnız yuxarıda qeyd olunan məktəblərdə deyil, bir çox orta təhsil müəssisəsində qəbul göstəriciləri respublika səviyyəsindən  aşağıdır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox