Azedu.az

Hazırda müəllimlərin təxminən 90%-nin əməkhaqqısı artırılıb

Məktəblər

Sertifikasiya

Müəllimlər və elm adamları

10 Dekabr 2024, 12:01
Hazırda müəllimlərin təxminən 90%-nin əməkhaqqısı artırılıb

"Necə ki, sertifikasiyadan aşağı bal toplayan müəllimlərin əmək müqaviləsinə xitam veririk, eyni zamanda yüksək bal toplayanlara da əlavələr verilir"

AzEdu.az xəbər verir ki, bunu “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII) Respublika Elmi Konfransında Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib.

Nazir bildirib ki, hazırda müəllimlərin təxminən 90%-nin əməkhaqqısı artırılıb. Müəllimlərin maaşına 10%-dən 35%-ə qədər artım tətbiq olunub.

"Bütün müəllimlərin ali təhsil müəssisələrində 500 saat dərs keçib professor olması vacib deyil",- deyə nazir qeyd edib:

"Bu yanaşma düzgün deyil, çünki təhsil sistemi yalnız saatların cəmindən ibarət deyil. Bəzi universitetlərdə tədqiqat aparmaq üçün otaq belə yoxdur. Bu halda həmin şəxslərdən tədqiqat aparmalarını gözləmək doğru olmaz".

Nazir Qarabağ Universitetində tədqiqat aparmaq üçün otaqların təmin edilməsini mümkün hesab edir və əlavə edib ki, bu məsələnin Qarabağ Universitetində həll edilməsi daha asan olacaq.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox