Bu gün bəzi kənd məktəblərində qaz təminatı belə mövcud deyil. Bu səbəbdən, həmin təhsil müəssisələrində müəllim və şagirdlər odun və digər yanacaq vasitələrindən istifadə edərək isinirlər.
Bəs bu vəziyyətin səbəbləri nədir və onun aradan qaldırılması üçün hansı tədbirlər görülə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, bu məsələ çox vaxt Elm və Təhsil Nazirliyinin imkanları xaricindədir:
“Çünki, belə məktəblərin yerləşdiyi əsasən ucqar kənd məktəblərində ümumiyyətlə, qaz infrastrukturu yoxdur.
“Qazlaşdırma tam əhatə olunmadığından istilik üçün nazirlik ən optimal variantı seçir. Daha çox odun və elektrikdən istifadə edilir. Problemin həlli üçün həmin ərazilər qazlaşdırılmalıdır. Bu da nazirliyin səlahiyyəti xaricindədir".