Azedu.az

Gözyaşardıcı qazdan 44 məktəbli zərər çəkib

Məktəblər

2 Dekabr 2024, 16:27
Gözyaşardıcı qazdan 44 məktəbli zərər çəkib

Berlində ibtidai məktəbdə naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 44 uşaq zərər çəkib.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belçika Xilasetmə Xidməti məlumat yayıb.

Zərərçəkənlər göz və tənəffüs yollarının qıcıqlanmasından şikayət ediblər, 22 uşaq xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox