Azedu.az

Abşeronda məktəbdə yanğın olub, 4 nəfər təxliyə olunub

2 Dekabr 2024, 12:51
Abşeronda məktəbdə yanğın olub, 4 nəfər təxliyə olunub

Abşeron Rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən məktəb binasında elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində yanğın baş verib.

AzEdu.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.

"Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binası mühafizə edilib. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", - açıqlamada bildirilir.

 

10:09

 

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yanğın olub.

AzEdu.az FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb. Yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox