Azedu.az

Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb, beş rəhbər işdən çıxarılıb

29 Oktyabr 2024, 12:43
Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb, beş rəhbər işdən çıxarılıb

"Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb".


AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.


"Monitorinqlər nəticəsində 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq,töhmət və şiddətli təhmət verilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisəslərində də nəzarət tədbirləri həyata keçirilir. Agentlik tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib.

 

Proses 145 müəssisənin 107-ni əhatə edib. Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib",- deyə E.Bağırov bildirib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox