Azedu.az

Tıxac problemi: Məktəb və universitetlər nə qədər təsir edir?

Məktəblər

Universitetlər

25 Oktyabr 2024, 09:47
Tıxac problemi: Məktəb və universitetlər nə qədər təsir edir?

Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Əvvəllər günün pik saatlarında tıxaclarda qalırdıqsa, hazırda günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. Nəticədə insanların gərginlik və stres yaşamalarına, eləcə də vaxtında getməli olduqları ünvana çatmalarına mane olur.

 

Bəzi mütəxəssislər düşünür ki, məktəblərdə və ali təhsil ocaqlarında dərslərin eyni saatda başlaması, tıxacların yaranmasının əsas səbəblərindən biridir.

 

Bu problemi aradan qaldırmaq üçün atılmalı olan addımlar nələrdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev Bakıda tıxacların formalaşmasında məktəblərin və universitetlərin rolundan danışıb:

147732

Ekspert qeyd edib ki, ümumi təhsil və orta məktəblərdə iki növbəli dərs sistemi olduğu üçün dərs saatlarını dəyişmək mümkün olmur:

 

“Əgər dərslərin minimum 6 saat çəkdiyini nəzərə alsaq, bu zaman 8:00, 08:30 və 09:00-da başlaması məcburidir. Lakin yaxın ərazidəki məktəblərdə dərslərin yarım saat aralığı ilə başlaması, məsələn, bəzi məktəblərdə 08:00, digərlərində 08:30 və başqa təhsil müəssisəsində isə 09:00-da başlasın. Belə olduqda tıxaclar nisbətən azala bilər. İki növbəli sistemdə olan məktəblərdə isə dərslərin 9:00-dan gec başlaması mümkün deyil, çünki günortaya qədər dərslər bitməlidir”.

 

Ekspert universitetlərin də tıxacların artmasında mühüm rol oynadığını qeyd edir:

 

“Universitetlər başlayanda Azərbaycanın demək olar ki, bütün bölgələrindən Bakıya tələbə axını olur. Bu isə sözsüz ki, tıxacların yaranmasına birmənalı təsir edir.

 

Türkiyədə və bir çox Avropa ölkələrində universitetlərin kampusları şəhərdən kənarda yerləşir. Bu kampuslara yaxın yataqxanalar təşkil edilməsi, tələbələrin tıxaca daha az səbəb olmalarına imkan tanıyır. Bizdə isə yataqxana sistemi hələ tam formalaşmayıb. Yəni Bakıdakı universitetlərin yataqxanaları olsa da, keyfiyyətli yataqxana tapmaq çətindir, bu səbəbdən regiondan gələn tələbələr kirayə mənzillərdə qalmağı üstünlük verirlər.”

 

R. Nurəliyev tıxacların səbəblərinin yalnız məktəb və universitetlərlə bitmədiyini də vurğulayır:

 

“Cəmiyyətimizdə bəzi valideynlər uşaqlarını məktəbə maşınla aparır və sonra işə gedirlər. Cəmiyyəti ümumi nəqliyyat vasitələrinə öyrəşdirmək lazımdır. Beləliklə, müəyyən avtobus yolları çəkilərsə, tələbə və şagirdlər avtobus zolağından istifadə edə bilərlər. Bu, tıxacların azalmasına səbəb ola bilər.

 

Düşünürəm ki, həm məktəblərdə, həm də universitetlərdə dərs saatlarının dəyişdirilməsi çətinliklər yarada bilər. Bu məsələnin normallaşması üçün inzibati binaların artırılması da vacibdir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox